?>
Qarabağ İslam Torpağıdır

Qarabağ müharibəsində Din faktoru danılaz idi. Ermənilər üçün bu səlib yürüşü Azərilər üçün isə Cihad idi- Video

2020-ci ilin 27 Sentyabr ayından başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsində də bir çox daxili və xarici düşmən qüvvələri bu müharibəyə türkçülük donu geyindirməyə çalışaraq, bu müharibənin zahirdə dinlə bağlılığını tam inkar etməyə çalışdılar. Lakin onların bütün səylərinə baxmayaraq Allah Təala düşmənərin planlarını puç etdi. Azərbaycan xalqı döyüşlərə “Allahu Əkbər!”, “Ləbbəykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah ! Muhəmməd! Ya Əli!”, “Ya Əli Kimdir Axı erməni!”, “Ya Əli! Ancaq İrəli!” kimi dini şüarlarla nərə çəkərək, düşmən qüvvəsinin qəlbinə xof və hürkü saldılar.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, ümumiyyətlə erməni Azərbaycanlı müharibəsinin tarixinə nəzər saldıqda bu müharibə tarixdə Erməni- Müsəlman savaşı kimi qeydə alınıb. Ermənilər bu müharibəni səlib yürüşü bilir, Azərbaycan tərəfi isə, bu müharibəni İmam Hüseyn (əleyhi səlam) yolunda, Allah Təala uğrunda özünü müdafiə cihadı bilirdilər. 1905-1906-cı illərdə baş vermiş və "erməni-müsəlman davası" adı alan qırğınlar barədə M.S.Ordubadinin (1872-1950) "Qanlı sənələr" (Qanlı illər) adlı oçerklər küllisində ətraflı məlumat verilmişdir.

Hələ 1906-cı il avqust ayı Şuşada Əhməd bəyin təşəbbüsü ilə Difai (Müdafiə) partiyası yaradıldı; partiya müsəlmanların xilasını iki vasitədən - maarifçilik və gücdən istifadədə görürdü. Partiyanın proqram sənədində Daşnaksütyuna işarə ilə qeyd edilmişdi ki, "biz ermənilərin bizim millətin xarabalıqları və külü üzərində öz rifahını qurmasına heç vaxt razı olmarıq". Bu partiya əslində, əsas günahı rus idarəçiliyində görürdü. Əhməd bəy: "Müsəlmanlar və ermənilər unutmasınlar ki, rusların Qafqazda görünməsindən əvvəl onlar əsrlərlə dostcasına və xoş qonşuluq şəraitində yaşamışlar və onların qarşılıqlı münasibəti tarixində indiki hadisələrə bənzər heç nə olmayıb"...

Tarix təkrarlandı. Çar Rusiyasının devrilməsindən sonra Osmanlı imperatoluğunun Oktyabr İnqilabının banisi Vladimir İliç Lenin ilə sövdələşməsi nəticəsində Bakı başda olmaqla Qafqazı Rusiya Sosialist Respublikasına təhvil verildi. Bu xəyanətin dalınca Azərbaycan başda olmaqla Qafqaza “kominist qardaşları” adı ilə hakim kəsilən xristian (rus, erməni, gürcü) və yəhudi gücləri siyasi səhnədən çıxarıb, xalqın əlindən almağa başladılar. Bununla da fəlakətlər daha da gücləndi, bədbəxtçiliklər artdı. SSRİ dönəminin əvvəlində olduğu kimi son illərində də ermənilər Şiə Azərbaycan xalqına ərazi iddiaları ilə qiyam edib, İslam orpaqlarına göz dikdilər. Nəticədə 1992-ci ildən etibarən Azərbaycan Respublikasının 20% torpaqları böyük xəyanətlər nəticəsində erməni düşmənlərinin işğalına keçdi...

2020-ci ilin 27 Sentyabr ayından başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsində də bir çox daxili və xarici düşmən qüvvələri bu müharibəyə türkçülük donu geyindirməyə çalışaraq, bu müharibənin zahirdə dinlə bağlılığını tam inkar etməyə çalışdılar. Lakin onların bütün səylərinə baxmayaraq Allah Təala düşmənərin planlarını puç etdi. Azərbaycan xalqı döyüşlərə “Allahu Əkbər!”, “Ləbbəykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah ! Muhəmməd! Ya Əli!”, “Ya Əli Kimdir Axı erməni!”, “Ya Əli! Ancaq İrəli!” kimi dini şüarlarla nərə çəkərək, düşmən qüvvəsinin qəlbinə xof və hürkü saldılar. Və bu müharibəni müqəddəsləşdirdilər. Allah Təala da böyük Zəfəri Azərbaycan xalqına bəxş etdi.

Aşağıda müşahidə edəcəyiniz videoda Əhli Beyt (əleyhimus səlam) Diyarı olan Azərbaycanın Hüseynçi igidləri Ya Allah! Ya Bismillah! deyərək Ermənistan silahlı qüvvələrinin bölmələrinin yerləşdiyi ərazisini TOS-1A “Solntsepyok” ağır odatan yaylım atəşli reaktiv sistemlərdən atəşə tuturlar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*