?>

Qarabağ müharibəsi şəhidlərinin ruhuna dualar oxunub

Qarabağ müharibəsi şəhidlərinin ruhuna dualar oxunub

Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində və Bakıdakı Təzəpir və Heydər məscidlərində anım mərasimi keçirilib, şəhidlərin ruhuna dualar oxunub.

ABNA24 Xəbər Verir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş əsgərlər və hərbçilərin ruhu hörmətlə yad edilibdir.

Təzəpir məscidində keçirilən mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb, şəhidlərin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

Bakıdakı Heydər məscidində də 27 sentyabr - Anım Günü münasibətilə mərasim keçirilib.

Məsciddə namaz qılınıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş insanların ruhuna dualar oxunub, dini ayinlər icra olunub, ölkədə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi və bundan sonra şəhid olanların sayı 2 907 nəfərdir. 7 nəfər isə itkin düşüb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*