?>

Qəzzədə evsiz qalan fələstinlilərin sayı açıqlandı

Qəzzədə evsiz qalan fələstinlilərin sayı açıqlandı

Birləşmiş Millətlər Təşkilatının baş katibinin mətbuat katibi İsrailin hücumları zamanı evlərindən didərgin düşən fələstinlilərlə bağlı danışıb.

ABNA24 Xəbər Verir, Stefan Dujarik vurğulayıb ki, təkcə Qəzza zolağına hücumlar zamanı 38 mindən çox fələstinli evindən didərgin düşüb.

  "Qəzzada evlərindən didərgin düşən çox sayda fələstinli ətrafdakı təhsil ocaqlarının binalarına sığınıblar. Evlərin dağılması səbəbilə 2 min 500 fələstinli evsiz qalıb", - deyə Stefan Dujarik diqqətə çatdırıb.  

BMT rəsmisi açıqlamasında qeyd edib ki, hücumlar zamanı 41 orta məktəb binası da ziyan görüb.  

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*