?>

Qəzzə zolağından qəsb olunmuş ərazilərə 150 ədəd raket atılıb

İnformasiya mənbələrinin məlumatlarına görə, ötən saatlarda Qəzzə zolağından qəsb olunmuş ərazilərə tərəf 150 ədəd raket atılıb.


ABNA24 Xəbər Verir, sionist rejim ordusu bildirib ki, bu gün səhər saatlarında Qəzzə zolağından Qəzzə ilə həmsərhəd olan sionist qəsəbələrə 150 raket atılıb və bu rejimin anti-raket sistemləri həmin raketlərdən təkcə bir neçəsinin izinə düşərək, məhv edə bilibdir.

Bu məlumata görə, Əsqəlan və Sedirot sionist qəsəbələri də müqavimət qüvvələri raketlərinin hədəflərinə çevriliblər.

Sionist rejim ordusunun radiosu bildirib ki, sionist məsul şəxslər Fələstin müqavimət qüvvələrinin raket hücumları qorxusundan Qəfatim, Beni-Barak, Təl-Əviv və Hayfa şəhərlərindəki ümumi sığınacaqları açıblar.

Digər tərəfdən, sionist rejim qırıcıları Qəzzə zolağının şimalı və cənubundakı rayonları hədəfə alıblar. Nəticədə, indiyə kimi iyirmi fələstinli şəhid olub, yetmiş nəfər isə yaralanıbdır.

Həmas hərəkatının hərbi qolu olan «İzzəddin Əlqəssam» batalyonlarının sözçüsü dünən axşam bir bəyanatda sionist hərbçilərin Məsciduləqsadan və qəsb olunmuş Qüdsdəki «Şeyx Cərrah» məhəlləsindən çıxmaları üçün möhlət təyin edib.

Sionist rejimin baş naziri Benyamin Netanyahu da bildiribdir ki, bu rejim güc ilə cavab verəcək və hazırkı toqquşmalar bir müddət davam edə bilər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*