?>

Qəzzə zavodlarının 90%-i bağlanmaq ərəfəsində

Qəzzə zavodlarının 90%-i bağlanmaq ərəfəsində

Fələstin xalq komitəsi bildirib ki, Qəzzə zavodlarının doxsan faizindən çoxu sionist rejimin bu zolağa ticarət mallarının daxil olmasının qarşısını alması səbəbindən bağlanmaq ərəfəsindədir.

ABNA24 Xəbər Verir, Qəzzənin mühasirəsinin yığışdırılması üzrə xalq komitəsinin sədri Camal Əlxizri dünən gecə bir bəyanatda vurğulayıb ki, sionist qəsbkarlar keçidləri bağlamaqla Qəzzəyə əmtəə malının daxil olmasını əngəlləyir və bu mallar sionist rejimin limanları və anbarlarında saxlanılır.

Qəzzənin mühasirəsinin yığışdırılması üzrə xalq komitəsinin sədri deyib ki, qanuni şəkildə və rəsmi lisenziya ilə sionist rejimin limanlarından idxal icazəsi almış bu mallar sənaye və kənd təsərrüfatı sektorlarına aiddirlər.

Sionist rejim Qəzzədə yeganə ticarət keçidi olan «Kərəm Əbu-Salim keçidini mayın onunda başlayan on iki günlük savaşın əvvəlindən bağlayıb və bu zolarğa bir çox malların girişini qadağan edibdir.

2006-cı ildən sionist rejimin mühasirəsindən əzab çəkən Qəzzə sakinləri ötən günlərdə bu rejimin həmin qadağasından şikayət ediblər. Bu hərəkət Qəzzə zolağında iqtisadi və insani vəziyyətlərin ağırlaşması ilə nəticələnibdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*