?>

Qəsəbələrin inşasına qarşı keçirilən aksiyalarda 117 fələstinli yaralanıb

Xəbər mənbələrinin bildirdiyinə görə, sionist hərbçilərin İyordan çayının qərb sahilində qəsəbələrin inşasına qarşı aksiya keçirənlərə hücumunda 117 fələstinli yaralanıb.

ABNA24 Xəbər Verir, fələstinlilərdən bir qrupu Qərb sahilində yerləşən Nablus şəhərində cümə namazından sonra qəsəbələrin inşasına qarşı aksiya keçiriblər. 

Məlumata əsasən, işğalçı qüvvələr etirazçılara atəş açıblar və gözyaşardıcı qazdan istifadə ediblər.

Məlumatda əlavə olunub ki, nümayişçilərə hücum nəticəsində 117 fələstinli güllə yarası alıb və ya göz yaşardıcı qazın buraxılması nəticəsində zəhərlənibdir. 

Nümayişçilər Nablusun cənubundakı Beyta qəsəbəsində yerləşən "Cəbəl Səbih" yüksəkliklərində sionist sakinli qəsəbələrin inşasına etiraz edirlər.

İndiyə kimi, Nablusun cənubunda keçirilən etiraz aksiyalarında yüzlərlə fələstinli ölüb və çox sayda insan yaralanıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*