?>

Qərbdən göndərilən silahlar hədəfə alınır

Qərbdən göndərilən silahlar hədəfə alınır

Rusiya iddia edir ki, Qərbin Ukraynaya göndərdiyi silahların yeni partiyası məhv edilib.

ABNA24 Xəbər Verir ,Rusiya Müdafiə Nazirliyi Ukraynada keçirilən xüsusi hərbi əməliyyat barədə növbəti məlumatı açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib ki, bu ölkə ordusu Ukrayna silahlı qüvvələrinin Lvovda yerləşən 124-cü arxa cəbhə təminatı mərkəzinə zərbə endirib. Nəticədə logistika mərkəzi və son 6 gündə ABŞ və Avropadan göndərilmiş böyük partiya xarici silah məhv edilib.

Konaşenkov əlavə edib ki, Ukraynanın 331 hərbi obyektinə də raket zərbəsi endirilib.

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Donbassda Rusiya və Ukrayna Silahlı Qüvvələri arasında döyüş əməliyyatlarının aktiv mərhələsinin başladığını bildirib. Zelenski müraciətində deyib ki, Donbas ərazisində Rusiyanın çoxsaylı  qoşunu cəmləşib və hücuma hazırdır.

Bu ərəfədə ABŞ prezidenti Co Bayden Ukraynaya dəstəyin davam etdirilməsi məsələlərinin müzakirəsi üçün tərəfdaşları ilə videokonfrans keçirib. Bu barədə bazar ertəsi Ağ Ev məlumat yayıb. Bu, Rusiyanın Ukraynanın şərqində yeni böyük hücuma başlamasından bir neçə saat sonra baş verib.

Digər tərəfdən Ukrayna mənbələrinin iddiasına görə, rus ordusunun tam nəzarəti ələ almağa çalışdığı Mariupol şəhərində müqavimətini davam etdirən Azov batalyonu rus ordusuna maddi-texniki dəstək verən əsgərləri pusquya salıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko sosial media hesabından məlumat yayıb. O, Azov batalyonunun rus əsgərlərini vurduğu pusqudan görüntüləri paylaşaraq “Mariupolun müdafiəsi davam edir", - deyə bildirib.

Onun sözlərinə görə, pusquya düşən bütün rus əsgərləri məhv edilib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*