?>

Qərb Sahilindəki fələstinliləri nəzarətdə saxlamaq üçün yeni planlar

Qərb Sahilindəki fələstinliləri nəzarətdə saxlamaq üçün yeni planlar

İbrani dilli mənbələr Fələstin xalqı üzərində daha çox nəzarət üçün Sionist rejim ordusu tərəfindən Qərb sahilinin cənubunda yeni bir ağıllı sistemin quraşdırıldığını bildirib.

ABNA24 Xəbər Verir,  bu barədə “Rusiya Əl-Youm” şəbəkəsinin saytı İbrani dilli "Makor Rishon" qəzetinə istinadən məlumat yayıb ki Sionist rejim ordusu, Fələstinlilərin hər cür hərəkətlərini izləmək və soyuq silahlar vasitəsiylə hır hansı ehtimal olunan hücumun qarşısını almaq bəhanəsi ilə Qərb sahilində müasir kamera və avadanlıqlar sistemini yerləşdirib.
Qəzet bir İsrail məmuruna istinadən belə yazib ki bu sistemi Qərb Sahilin cənubunda quraşdırmadan əvvəl bu bölgəyə uyğun olması üçün dəyişikliklər və sınaqlar edilib. 
İsrail məmuru deyib: "Deyə bilərəm ki, bu sistemin sınaqları bütün ssenarilərdə uğurla keçib".
Məlumata görə, İsrail ordusu sistemi "ağıllı və dağıdıcı sərhədlər" adlandırıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*