?>

Qərb sahilində silahlı toqquşma

Qərb sahilində silahlı toqquşma

Sionist rejim hərbçiləri Nablusun şərqindəki toqquşmalarda bir yeniyetmə fələstinliyə atəş açıb və onu şəhid ediblər.

ABNA24 Xəbər Verir, fələstinli yeniyetmə- İmad Xalid Həşaş/ Nablusun şərqində yerləşən «Bəlatə» düşərgəsində baş verən toqquşmalarda şəhid olub.

Sionist rejim hərbçiləri bu gün səhər saatlarında qeyd olunan düşərgədə Səəd Kəəbi adlı bir fələstinli gəncin mənzilinə basqın ediblər. Onlar mənzilin vəsaitlərini dağıtdıqdan sonra onu həbs ediblər. Məhz bu anda silahlı toqquşma baş verib və qarşılıqlı atəş səsləri eşidilib.

Bu toqquşmalarda bir güllə İmad Xalid Həşaşın başına dəyib.

Müşahidəçilər bildiriblər ki, təcili yardım qüvvələri bu fələstinli yeniyetməni şəhər xəstəxanalarından birinə köçürüblər, amma az sonra onun şəhadət xəbəri elan olunub.

Bu məsələ ilə bağlı düşərgənin müxtəlif məhəllələrini hiddət hissi bürüyüb.

Sionist rejim hərbçiləri özlərinin bugünkü basqınlarında azad edilmiş bir əsir də daxil olmaqla daha bir neçə fələstinlini həbs ediblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*