?>
Araşdırma

Qəbilə başçısı İlham Əliyevin “Milyonları sel apardı” senarisi – Xalqdan oğurlanan sərvətlərin özəlləşdirilməsi

Qəbilə başçısı İlham Əliyevin “Milyonları sel apardı” senarisi – Xalqdan oğurlanan sərvətlərin özəlləşdirilməsi

Bəs bu vaxt qədər sözügedən sahəyə ayrılmış milyonları necə oldu? Buna görə kim cavab verəcək? Dövlətin vəsaitlərini suda axıdanlardan kimsə əməlinə görə məsuliyyətə cəlb olunacaqmı? Yuyulan çirkli pullar dövlət büdcəsinə qaytarılacaqmı? Və bunun kimi bir çox suallar öz həllini hələ ki, tapmayıb...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycan Respublikasına qanunsuz olaraq hakim kəsilmiş əliyevlər qəbiləsi bu ölkənin milli, maddi və mənəvi sərvətlərini talamaqla məşğuldur. Neft, Qaz, Qızıl və digər qiymətli filiz və qaş-daşlar yataqlarını, Ağ Balıq və Qara Kürü başda olmaqla bütün dəniz sərvətlərini məhz bu cinayətkar “qəbilə” sümürür... Bəs bu qədər Azərbaycan xalqından oğurladıqları sərvətləri necə qanuniləşdirir və çirkli pulları necə yuyurlar?!

Təbii ki, yollar müxtəlifdir. Əliyevlər qəbiləsinin Azərbaycan xalqından taladıqları sərvətləri leqallaşdırmaqdan ötrü istifadə etdiyi çirkin yollardan biri də, paytaxt Bakı Merliyi və Bakının kanalizasiyasıdır. Bəli, təəccüblənməyin məhz kanalizasiya və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC)-dir.

Payız və qış mövsümlərində Azərbaycanda yağıntılar kifayət qədər olur. Bu səbəbdən də hər il payız və qış mövsümlərində bütün dünya Azərbaycanda, xüsusi ilə də Bakının xiyaban və prospektlərində, yeraltı keçidlərdə daşqınların və şəlalələrin yaranmasına şahid oluruq.

Buna misal olaraq cari və habelə ötən illərdəki Sentyabr ayında baş verən qısa müddətli yağışdan sonra yolların dağılmasını, hasarlar maşınların üstünə uçmasını, köhnə evlərin divarlarının dağılmasını, yolların su basmasını, piyadalar və sürücülərin az qala şəhərin mərkəzi küçələrində boğulmalarını, elektrik verilişində problemlərin yaranmasını, KANALİZASİYALALARIN tutulmasını, evlərin su basmasını, şəhərin mərkəzi küçələrinin bağlanmasını, piyada keçidlərindəki eskalatorların sıradan çıxmasını, maşınların sulara qərq olmasını və s... çəkə bilərik.

Deməli, biraz isti olan kimi işıq stansiyaları partlayır, soyuq olan kimi qaz təchizatında problemlər yaranır, 1 saat yağış yağan kimi sakinlər şəhərdə hərəkət etmək üçün qayıq axtarır, yağış yağır yollar tıxac olur, işıq söndü sərnişinlər metronun tunellərində qalır...

Bəli abadlaşdırılmasına milyonlar xərclənmiş paytaxt Bakı cəmi bir neçə dəqiqəlik yağışdan sonra tamamilə iflic vəziyyətinə düşür. Yağış bir neçə dəqiqəlik yağsa da sutkalarla, yağışın yaratdığı fəsadlər isə qalmaqdadır...

Qəbilə başçısı İlham Əliyev çirkli pulları yumaq məqsədi ilə hər il “dövlət büdcəsindən” Bakının kanalizasiya sisteminin, içməli su şəbəkəsinin, yağış sularının axıdılması üçün boruların çəkilməsinə və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün milyonlarla manat vəsait ayırır. Təkcə 2017-ci ilin may ayında, baş nazirin müavini Abid Şərifovun dediyinə əsasən qəbilə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb, indiyədək 12 layihə razılaşdırılıb və onların icrasına başlanılıb: “Buna da 14 milyon 2 yüz min ətrafında vəsait ayrılıb. İşlər bütün Bakı ərazisində aparılır”...

Bəli hər il milyonlarla pullar ayrılır. Amma kağız üzərində. Şüurlu sürətdə köklü islahatlar aparılmır...

Bəs bu vaxt qədər sözügedən sahəyə ayrılmış milyonları necə oldu? Buna görə kim cavab verəcək? Dövlətin vəsaitlərini suda axıdanlardan kimsə əməlinə görə məsuliyyətə cəlb olunacaqmı? Yuyulan çirkli pullar dövlət büdcəsinə qaytarılacaqmı? Və bunun kimi bir çox suallar öz həllini hələ ki, tapmayıb...

 

Analtik Daryuş Əfşari

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*