?>

Putinin partiyası liderdir

Putinin partiyası liderdir

Rusiyanın Mərkəzi Seçki Komissiyası Dövlət dumasına seçkilərdə protokolların 70,67 %-nin sayıldığını açıqlayıb. Putinin partiyası qələbə çalıb, daha bir partiya isə Dövlət Dumasına daxil olmaq üçün barajı aşıb.

ABNA24 Xəbər Verir, sözügedən nəticələrə əsasən “Vahid Rusiya” Partiyası səslərin 48,46 %-ni toplayıb. Rusiya Federasiyası Kommunist Partiyası 20,30%, Rusiya Liberal Demokrat Partiyası 7,69%, “Ədalətli Rusiya” Partiyası 7,43%, “Yeni İnsanlar” Partiyası isə 5,55% səs toplamağı bacarıb.

Beləliklə də Rusiya Mərkəzi Seçki Komissiyasının protokolların 70,67 faizinin sayılmasına əsasən verdiyi məlumata uyğun olaraq beş partiyanın müvafiq baryeri keçdiyi və Dövlət Dumasında təmsil olunmaq hüququ əldə etdiyi qeyd olunur. Buna qədər isə “Yeni İnsanlar” Partiyasının beş faizlik həddi keçmədiyi bildirilirdi.

Qeyd edək ki, 8-ci çağırış Dövlət Dumasına üçgünlük seçkilər sentyabrın 19-u yerli vaxtla saat 20:00-da başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə “Vahid Rusiya” Partiyası lider olub.

Rusiyada Duma, on iki muxtar respublikanın və vilayətin başçısı, vilayət, şəhər və kənd şuralarının nümayəndələri üzrə vahid seçkilər 3 gün ərzində keçirilib.

Bundan əlavə parlament seçkisində Ukraynanın tərkib hissəsi olan Donbass sakinləri də iştirak edirlər.

Moskva Donbass sakinlərinə Rusiya pasportları paylayıb və onlar bu pasportlarla Dövlət Dumasına seçkilərdə namizədlərə səs veriblər. Donbassda seçki məntəqələri yaradılmasa da, sakinlər onlayn səsvermədə iştrak etmişlər.

Ukrayna ərazisi sayılan və hazırda Rusiyanın işğalında qalan Krımda isə ayrıca seçki məntəqəsi yaradılıb. Rusiya Krımı 2014-cü ildə ilhaqından sonra yarımada sakinləri Rusiyanın 4-cü seçkisində iştirak edirlər. Krım sakinləri bundan əvvəl bir dəfə 2016-cı ildə Rusiya parlament seçkisində, 2018-ci ildə prezident seçkisində iştirak ediblər, 2020-ci ildə Rusiya Konstitussiyasına dəyişikliklərə səs veriblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*