?>

Putin və Ərdoğan arasında telefon danışığı olub; Rusiyanın təhlükəsizliyinə qarantiyanı müzakirə ediblər

Putin və Ərdoğan arasında telefon danışığı olub; Rusiyanın təhlükəsizliyinə qarantiyanı müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla telefon danışığında NATO-nun genişlənməməsinə dair ABŞ və NATO tərəfindən verilməli olan qarantiyanı müzakirə ediblər.

ABNA24 Xəbər Verir, Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurublar və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Məlumata əsasən, telefon danışığı zamanı iki tərəf beynəlxalq mövzulara, o cümlədən Rusiyanın təhlükəsizliyinə təminat verən hüquqi sazişlərin işlənib hazırlanmasına dair məlum təkliflərə də toxunublar.  

Rusiya və Türkiyə liderləri həm də, Cənubi Qafqazdakı vəziyyəti, Suriya və Liviyada vəziyyətin nizamlanması məsələsini müzakirə ediblər. 

Rusiya ABŞ və NATO-dan bu hərbi alyansın Ukrayna sərhədlərinə qədər genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanəti almaq istəyir. Moskvanın dediyinə görə, bu addım Rusiyanın milli təhlükəsizliyini təhdid edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*