?>
Avro-Asiya Xəbərləri - Moskva

Putin: Silahlı yaraqlılar İraq və Suriyadan Əfqanıstana fəal şəkildə axın edirlər

Putin: Silahlı yaraqlılar İraq və Suriyadan Əfqanıstana fəal şəkildə axın edirlər

Hərbi əməliyyatlarda yüksək təcrübəyə malik İraq və Suriyadan olan silahlı yaraqlıların Əfqanıstana fəal şəkildə getdiyini vurğulayan Putin, Rusiyanın qonşu respublikalarının təhlükəsizlik işçilərini ayıq -sayıq olmağa çağırdı, çünki bu terrorçular bütün bölgədə sabitliyi poza bilər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Əfqanıstandakı vəziyyətlə bağlı xəbərdarlıq edən Rusiya Prezidenti Vladimir Putin, ABŞ, sionist rejim, Türkiyə və Səudiyyəyə bağlı terrorçuların Suriya və İraqdan qrup halında Əfqanıstana transfer edildiyini söyləyib.

"Əfqanıstanda vəziyyət mürəkkəbdir və təhlil etmək asan deyil", - deyə o, Mərkəzi Asiya təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə keçirdiyi video konfransda bildirib.

Hərbi əməliyyatlarda yüksək təcrübəyə malik İraq və Suriyadan olan silahlı yaraqlıların Əfqanıstana fəal şəkildə getdiyini vurğulayan Putin, Rusiyanın qonşu respublikalarının təhlükəsizlik işçilərini ayıq -sayıq olmağa çağırdı, çünki bu terrorçular bütün bölgədə sabitliyi poza bilər.

Tacikistanın üçüncü milli təhlükəsizlik rəisi Yitimov da virtual görüşdə, Talibanın Əfqanıstanı tam nəzarətə götürdükdən sonra qonşu ölkələrə narkotik və silah qaçaqmalçılığını gücləndirdiyini söyləyib.

Əsasən tiryək və heroin olan narkotik ticarəti Əfqanıstanda Taliban üçün əsas gəlir mənbəyidir. Əfqanıstan uzun müddətdir dünyanın ən böyük narkotik istehsal mərkəzidir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*