?>

Putin Qərbin sanksiya strategiyasını uğursuz adlandırdı

Putin Qərbin sanksiya strategiyasını uğursuz adlandırdı

Rusiya prezidenti Qərb dövlətlərinin sanksiya strategiyasını uğursuz adlandırıb.

ABNA24 Xəbər Verir ,Vladimir Putin ölkəsinin sanksiyalara tab gətirdiyini, Qərbin təzyiq strategiyasının isə uğursuz olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı üçün əsas neqativ amil Qərbin sanksiya təzyiqi oldu, Rusiya buna tab gətirdi, Qərb ölkələrinin sanksiyaların köməyi ilə bank sistemini çökdürmək cəhdi, mal qıtlığı uğursuzluğa düçar oldu.

Putin sanksiyaların bumeranq olaraq Qərbin özünə qayıtdığını qeyd edib. "Sanksiyalar onların təşəbbüskarları üçün də təsirsiz ötüşmədi. Mən inflyasiyanın və işsizliyin artımını, ABŞ və Avropa ölkələrində iqtisadi dinamikanın pisləşməsini, avropalıların həyat səviyyəsinin aşağı düşməsini, əmanətlərinin devalvasiyasını nəzərdə tuturam. Rusiya, artıq dediyim kimi, bu görünməmiş təzyiqə tab gətirdi, vəziyyət stabilləşir", - deyə Rusiyanın dövlət başçısı vurğulayıb.

Rusiya prezidenti deyib ki, ölkədə bir sıra mallarda qısamüddətli bumdan sonra pərakəndə tələbat normallaşıb, əmtəə ehtiyatları bərpa olunur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*