?>

Prezidentlərin görüşü təxribatçı qüvvələrin səylərini fiaskoya uğratdı

Prezidentlərin görüşü təxribatçı qüvvələrin səylərini fiaskoya uğratdı

İran və Azərbaycan liderlərinin görüşü münasibətləri inkişaf etdirmək, anlaşılmazlıqları diplomatik yolla həll etmək və böhran yaradan qüvvələri neytrallaşdırmaq cəhdi kimi xarakterizə oluna bilər.

ABNA24 Xəbər Verir, İran və Azərbaycan prezidentlərinin Aşqabad görüşündən bəhs edən Nur-Nyus vebsaytının yaydığı məqalədə deyilir: “Son aylarda transregional oyunçuların İranla Azərbaycan arasında fikir ayrılığı yaratmaq, münasibətləri korlamaq cəhdləri hər kəsə məlumdur. Prezidentlərin görüşü məhz belə bir vaxtda keçirilirdi. Görüşdə qaldırılan məsələlər bu ssenarinin uğursuzluğa düçar olduğunu göstərdi.”

Müəllif qeyd edir ki, tərəflər iki xalq və dövlət arasında münasibətlərin tarixinə toxunublar. Onlar İranla Azərbaycan arasında münasibətlərə qarşı təxribatlarla mübarizə aparmağın əhəmiyyətini qeyd ediblər. İbrahim Rəisi öz növbəsində, İran ilə Azərbaycan xalqları arasında dərin sivilizasiya, mədəniyyət və dini köklərin olduğunu vurğulayıb: “İki ölkənin qədim və dərin əlaqələri var. Biz heç vaxt bu münasibətlərin düşmənlərin təsiri altına düşməsinə imkan verməyəcəyik”.

Məqalədə qeyd olunur ki, İran və Azərbaycan prezidentləri hər iki ölkənin təhlükəsizliyinə və milli maraqlarına qarşı regional təhdidlərin aradan qaldırılmasının vacibliyini, həmçinin anlaşılmazlıqlara son qoyulmasının önəmini vurğulayıblar. Xüsusilə də İlham Əliyev İranın Azərbaycanın müstəqilliyinə misilsiz dəstəyini yüksək qiymətləndirib. Dövlət başçısının sözlərinə görə, Bakı Tehranla qardaşlıq münasibətlərinə xüsusi önəm verir və o, bu əlaqələrin korlanmasına imkan verməyəcək.

Azərbaycan prezidenti Bakı ilə Tehran arasında mövcud olan bəzi anlaşılmazlıqların aradan qaldırılması məqsədilə iki dövlətin rəsmiləri arasında aparılan danışıqlara diqqət çəkib. Onun sözlərinə görə, ölkəsi sərhədyanı bölgələrdə təhlükəsizliyin təmini qərarına sadiqdir və Bakı heç bir dövlətin Azərbaycanla İran arasında ikitərəfli münasibətləri pozmasına imkan verməyəcək.

Beləliklə də İran və Azərbaycan rəsmiləri arasında keçirilən son görüşlər göstərir ki, region dövlətləri anlaşılmazlıqları interaktiv yanaşma və dialoq yolu ilə aradan qaldıra bilər. Bu, tərəflərin maraqlarına tam uyğundur. Ona görə də prezidentlərin görüşünü münasibətləri inkişaf etdirmək, anlaşılmazlıqları diplomatik yolla həll etmək və başqa ölkələrin dostluq və qardaşlıq münasibətlərini pozmaqdan ötrü əlindən gələni edən ABŞ, İsrail kimi qüvvələri neytrallaşdırmaq sammiti kimi xarakterizə etmək olar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*