?>

Pompeonun İranla bağlı təkrar iddiaları

Pompeonun İranla bağlı təkrar iddiaları

ABŞ dövlət katibi İranın sanksiyaları azaltmaq üçün danışıqlara qayıtmağa can atdığını iddia edib.

ABNA24 Xəbər Verir, ABŞ dövlət katibi dekabrın 4-də "Manama danışıqları" adlı iclasda etdiyi çıxışında iddia edib ki, İran sanksiyaları azaltmaq məqsədilə danışıqlara qayıtmaq üçün çarəsiz şəkildə siqnallar göndərir.

Pompeo iddialarının davamında əlavə edib: "İran öz təxribatşı əməllərindən əl çəkməli və normal bir ölkə kimi davranmalıdır".

ABŞ dövlət katibi yeni seçilmiş prezident Co Bayden hökumətini Tehrana qarşı düşmənçilik siyasəti tətbiq etməyə çağırıb.

Pompeo, İranın ABŞ-la danışıqlar masasına oturmağa çalışdığını elə bir halda iddia edir ki, Məhəmməd Cavad Zərif bundan əvvəl ABŞ-ın nüvə anlaşmasını təsdiqləyən Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əməl edəcəyi təqdirdə, iki tərəf arasında danışıqlara ehtiyac qalmayacağını və Tehranın da nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə əməl edəcəyini bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*