?>

Pompeodan Türkiyə tərəfindən S-400 sisteminin satın alınması ilə bağlı xəbərdarlıq

Pompeodan Türkiyə tərəfindən S-400 sisteminin satın alınması ilə bağlı xəbərdarlıq

ABŞ dövlət katibi öz türkiyəli həmkarına xəbərdarlıq edibdir ki, S-400 sistemi amerikalı qüvvələrin təhlükəsizliyini xətərə salır.

ABNA24 Xəbər Verir, ABŞ Dövlət Departamentinin cümə axşamı günü axşamçağı yaydığı bəyanata əsasən, bu ölkənin dövlət katibi Mayk Pompeo Mövlud Çavuşoğluya xəbərdarlıq edibdir ki, Türkiyə tərəfindən S-400 sisteminin satın alınması Amerikanın hərbi texnologiyası və personalının təhlükəsizliyini xətərə salır və Rusiyaya Türkiyənin müdafiə sənayesi və silahlı qüvvələrinə əlçatanlıq icazəsi verir.

Rusiya və Türkiyə isə bu ssenarini rədd ediblər.

Bu bəyanata görə, Pompeo Çavuşoğlu ilə söhbətdə Rusiyadan S-400 raket-müdafiə sistemi satın almasına görə, Vaşinqtonun NATO-nun müttəfiqi kimi Ankaraya tətbiq etdiyi on dörd dekabr tarixli sanksiyalar barədə fikir bildirib.

Amerika dekabrın on dördündə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Demirə və bu orqanla əlaqəli olan daha üç şəxsə qarşı yeni sanksiyalar tətbiq etdi.

Amerika idddia edir ki, Ankaranın Rusiyadan S-400 raket-müdafiə sistemini satın almaq barədəki qərarı Rusiya üçün nəzərəçarpacaq dərəcədə büdcə təmin etməklə yanaşı, NATO-nun hərbi personalı və texnologiyasını təhlükəyə salır.

Bu xəbərin yayılmasından az sonra Türkiyə xarici işlər nazirliyi Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiyanın tətbiq edilməsinə reaksiyada onu böyük bir səhv adlandırdı və Amerikanı Türkiyəni sanksiya etməkdən vaz keçməyə çağırdı.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*