?>

Pol Qobl: Sövdələşmə möhkəm sülh üçün yeganə yoldur

Pol Qobl: Sövdələşmə möhkəm sülh üçün yeganə yoldur

ABŞ Dövlət Departamentinin sabiq xüsusi müşaviri Pol Qobl Caliber.Az nəşrinə müsahibədə Azərbaycanla Ermənistana möhkəm sülhün əldə edilməsi üçün sövdələşməni məsləhət görüb.

ABNA24 Xəbər Verir,politoloq bildirib ki, Azərbaycanın öz ərazilərindən böyük hissəsini azad etməyə nail olsa da, bu, sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmadı. Noyabr və yanvar bəyanatları sülh sazişi kimi deyil, yalnız bəyannamələr kimi qaldı. Zira Ermənistanla Azərbaycan arasında həll edilməmiş fundamental münaqişə var. Sülh sazişinin imzalanması üçün hər iki tərəf bir birinin sərhədlərini tanımalıdır, bu isə mümkün deyil, çünki Qarabağın statusu barəsində ixtilaflar mövcuddur.

Amerikalı politoloqun zənnincə, Ermənistanla Azərbaycan arasında olan qarşıdurmanın üç nizamlanma variantı var və tərəflər arasında sülh yarada bilər.

Birinci variant bir tərəfin digər tərəf üzərində qeyd-şərtsiz hərbi qələbəsidir.

İkinci variant xarici oyunçu tərəfindən sülh sazişinin zorla qəbul etdirilməsidir.

Üçüncü variant sövdələşmədir, bu zaman hər iki tərəf, Ermənistanla Azərbaycan istədiyi bir şeyi əldə edir, əvəzində özündə olduğu hər hansı bir şeydən imtina edir. İlk iki variant yalnız vaxtda uduş əldə etməyə imkan verir, üçüncü variant isə möhkəm sülh üçün yeganə yoldur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*