?>

Paşiniyan Azərbaycan ərazisindən nəqliyyata diqqət çəkib

Paşiniyan Azərbaycan ərazisindən nəqliyyata diqqət çəkib

Ermənistan baş naziri Nikol Paşiniyan ölkə parlamentində dindirilərkən ona zəngəzur dəhlizi barədə verilən sualın cavabında Ermənistanın Azərbaycan Respublikasının nəqliyyat infrasturukturlarından faydalanacağına diqqət çəkib.

ABNA24 Xəbər Verir, Nikol Paşiniyan deyib: “Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılacaq. İkincisi, nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirəcək. Ermənistan bütün yolların açılmasında maraqlıdır.”

“Bəli, biz hazırıq və maraqlıyıq ki, Azərbaycanın qərb rayonları Naxçıvan Respublikası ilə, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə, İran və Rusiya ilə avtomobil və dəmir yolu əlaqəsi əldə etsin”, - deyə baş nazir bildirib.

O əlavə edib ki, bütün bunlar Ermənistanın maraqlarına tam cavab verir

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*