?>
Qərbi Asiya Xəbərləri - İİR

Parsian şəhərinin 412-ci Zülfiqar Hərbi Dəniz Qüvvələri Fars sularında əcnəbi gəmini belə ələ keçirdilər – Video

O deyib: “Bu gəmiyə baxış keçirildikdən sonra 150 min litrdən çox qaçaqmalçılıq yolu ilə ölkədən çıxardılmağına səy göstərilən dizel aşkar edilib və onun bütün 11 xarici heyəti qanuni prosesdən keçmək üçün Parsian şəhərinin yurisdiksiyasına təqdim edilib.”


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Parsiyan Dəniz Donanmasının dəniz piyadaları qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan xarici gəmini ələ keçirib.

Parsian şəhərinin 412-ci Zülfiqar Hərbi Dəniz Qüvvələrinin komandanı, polkovnik “Əhməd Hacıyan” deyib: “Kəşfiyyatın monitorinqi və ardıcıl əməliyyat nəticəsində bu donanmanın dəniz piyadaları ölkəmizin sularında 11 ekipajdan ibarət xarici gəmini ələ keçirə bilib."

O deyib: “Bu gəmiyə baxış keçirildikdən sonra 150 min litrdən çox qaçaqmalçılıq yolu ilə ölkədən çıxardılmağına səy göstərilən dizel aşkar edilib və onun bütün 11 xarici heyəti qanuni prosesdən keçmək üçün Parsian şəhərinin yurisdiksiyasına təqdim edilib.”

Parsian şəhərinin 412-ci Zülfiqar Hərbi Dəniz Qüvvələrinin komandiri deyib: “412-ci Zülfiqar Hərbi Dəniz Qüvvələri ölkə iqtisadiyyatına dəstək məqsədilə dənizdə istənilən yanacaq qaçaqmalçılığı ilə qətiyyətlə mübarizə aparacaq.”

Qeyd edək ki, İran İslam Respublikasında yanacaq məhsullarının bütün növlərinin dünyada ən ucuz olduğu üçün bu enerjinin İİR-dan qaçaqmalçılıq yolu ilə qonşu və hətta digər qitə ölkələrinə aparılmasına cəhtlər göstərilir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*