?>

Parisin iqtisadi siyasətlərinə etiraz

Parisin iqtisadi siyasətlərinə etiraz

Fransada ən iri sindikatlar bu ölkə hökumətinin iqtisadi siyasətlərinə etiraz olaraq, bu günü ölkə boyu tətil və aksiya günü elan ediblər.

ABNA24 Xəbər Verir, Fransız sindikatların çağırışının fonunda qeyd edək ki, on səkkiz ay bundan öncədən və korona xəstəliyinin yayılmasının başlanmasından sonra aksiyaların keçirilməsi məhdud edilmişdi.

Mövcud inflyasiya fonunda əmək haqqıların aşağı səviyyədə qalması, enerji daşıyıcıları tariflərinin ardıcıl surətdə artması, həmçinin çox sayda əleyhdarı olan Makron hökumətinin yeni pensiya qanununun qəbul edilməsi, etirazçıların ümumölkə tətil və aksiyalarının başlıca dəlili elan olunubdur.

Fransızların ümumölkə tətil və aksiyalarının fonunda qeyd edək ki, bu ölkədə prezident seçkiləri gələn milad ilinin aprel ayında keçirilməlidir.

Yayılan məlumatlara əsasən, Fransa boyu etiraz aksiyası və toplantılarının sayı iki yüzə çatacaq.

Bu etiraz hərəkatının təşkilatçıları Fransadakı ictimai nəqliyyat sektorlarından və dövlət işçilərindən istəyiblər ki, bu gün keçirilən tətil və etirazlara qatılsınlar.

Belə görünür ki, Fransanın nəqliyyat sistemi bu ümumölkə tətillərinin təsiri altında qərar tapacaq. Bununla belə, Parisdəki bəzi şəhər nəqliyyatı rəsmiləri vəd veriblər ki, bu iri şəhərdə gediş-gəliş təqribən adi olacaq və təkcə şəhərdaxili avtobusların gediş-gəlişində azacıq xələl yaranacaq.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*