?>

Paris hər zaman Ermənistanın yanındadır

Paris hər zaman Ermənistanın yanındadır

Makron erməni həmkarına məktub göndərib və Fransanın Ermənistana total dəstək verdiyini onun diqqətinə çatdırıb.

ABNA24 Xəbər Verir, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Armen Sarkisyana göndərdiyi məktubda vurğulayıb ki, Fransa bölgədə sülhün bərqərar olunmasında öz rolunu oynamağa çalışır və bu baxımdan Dağlıq Qarabağdakı qanlı müharibədən bir il sonra bu ölkənin hələ də üzləşdiyi çətinliklərin öhdəsindən gəlməsinə kömək etmək üçün Ermənistanın yanındadır

Ermənistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Makron məktubda qeyd edib ki, rəsmi Paris regional inkişaf və rifah naminə Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində münaqişənin davamlı həlli yolunda səylərini əsirgəməyəcək. Və Fransa Ermənistanla Azərbaycan arasında dialoqun bərpasına yardım etməyə hazırdır.

Makron əlavə edib ki, Fransa ilə Ermənistanı dostluq əlaqələri bağlayır və ikitərəfli əməkdaşlığın dərinləşəcəyinə şübhə yoxdur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*