?>
Qafqaz Xəbərləri – Azərbaycan

Pandora skandalını ört-basdır etmək cəhdi / Qəbilə başçısı İlham növbəti dəfə İranı ittiham etdi

Pandora skandalını ört-basdır etmək cəhdi / Qəbilə başçısı İlham növbəti dəfə İranı ittiham etdi

Qeyd edək ki, son günlər əliyevlər qəbiləsi Pandora sənədləri ilə bağlı ictimai təzyiqdən xilas olmağın yolunu İranı hədəf seçməkdə görür və bu üsulla diqqətləri korrupsiya faktından yayındımaq istəyir. O, eyni zamanda Qərb dövlətlərinin də Rəğbətini qazanmaq niyyətindədir. Belə ki, narkotiklərə qarşı mübarizədə özünü Avropanın xilaskarı kimi qələmə verməyə, İran İslam Respublikasını isə gözdən salmağa cəhd edir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının prezidenti heç bir sənəd təqdim etmədən Ermənistanın 30 ilə yaxın müddət ərzində guya İranla əlbir olaraq Azərbaycanın işğal olunmuş ərazilərini Avropaya narkotik qaçaqmalçılığı üçün istifadə etdiyini iddia edib.

Qəbilə başçısı İlham Əliyev bu gün Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bu əsassız iddianı irəli sürüb.

Azərbaycan Xalqından oğurladığı milyardlar dollarlıq pulların kiçik bir qismi olan, İngiltərədə 800 milyonluq dəyərində əmlak aldığı Pandora məsələsi üzə çıxmasın deyə bir daha Azərbaycan Xalqının və dünya ictimaiyyətinin diqqətini yalan iddialarla İran İslam Respublikasına yönəldən İlham cəfəngiyatlarının davamında deyib: “Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb”.

Qeyd edək ki, son günlər əliyevlər qəbiləsi Pandora sənədləri ilə bağlı ictimai təzyiqdən xilas olmağın yolunu İranı hədəf seçməkdə görür və bu üsulla diqqətləri korrupsiya faktından yayındımaq istəyir. O, eyni zamanda Qərb dövlətlərinin də Rəğbətini qazanmaq niyyətindədir. Belə ki, narkotiklərə qarşı mübarizədə özünü Avropanın xilaskarı kimi qələmə verməyə, İran İslam Respublikasını isə gözdən salmağa cəhd edir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*