?>
Qafqaz Xəbərləri – Azərbaycan

Pandora sənədləri “axilles dabanı”na çevrilir, İlhamın izahatı social media istifadəçilərini qane etməyib

Pandora sənədləri “axilles dabanı”na çevrilir, İlhamın izahatı social media istifadəçilərini qane etməyib

İlham Əliyevin ailə üzvlərinin sahib olduğu şirkətlər offşor zonalarda qurulub. Bütün bunlar sənədlərlə, faktlarla öz əksini tapıb. Bu da o deməkdir ki, bu şirkətlər qanunsuz çirkli pulyuma əməliyyatlarında iştirak ediblər və heç də İlham Əliyevin dediyi kimi şəffaf deyillər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən,  Azərbaycan Respublikasına hakim kəsilmiş Qəbilə başçısı İlhamın Pandora sənədləri ilə bağlı izahatı sosial media istifadəçilərini qane etməyib.

Belə ki, siyasi fəal Həbib Müntəzir öz feysbuk paylaşımında yazır: İlham Əliyev özü və ailəsinin xaricdəki biznes və mülklərini faktlarla sübut edən "Pandora Sənədləri" ilə əlaqədar iddialara cavab verməyə çalışıb:

1. Dövlət başçısı deyir ki, 18 il prezidentlikdən əvvəl sahibkar olub. Xeyr. Prezident olmadan əvvəl deputat idi. Azərbaycan qanunvericiliyinə əsasən prezident, vitse-prezident, nazirlər, deputatlar, icra başçıları, hakimlər sahibkarlıq və ödənişli fəaliyyətlə, o cümlədən kommersiya fəaliyyətilə məşğul ola bilməzlər.

2. İlham Əliyevin ailə üzvlərinin sahib olduğu şirkətlər offşor zonalarda qurulub. Bütün bunlar sənədlərlə, faktlarla öz əksini tapıb. Bu da o deməkdir ki, bu şirkətlər qanunsuz çirkli pulyuma əməliyyatlarında iştirak ediblər və heç də İlham Əliyevin dediyi kimi şəffaf deyillər.

3. Ölkədə azad sahibkarların hüquqları tapdandığı halda, onlara ədalətli şərait yaradılmadığı halda, hər şeyin monopoliya, inhisara alındığı halda, ikili standartlarla prezidentin qohumları və ailə üzvlərinə mənsub şirkətlər, holdinqlər qaz vurub, qazan doldurursa, burada heç bir şəffaflıqdan, qanunauyğunluqdan söhbət gedə bilməz.



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*