?>
Şərq Xəbərləri

Pakistanda iki qatarın toqquşması nəticəsində onlarla insan vəfat edib – Video

Pakistanın Sind əyalətində qatar qəzası ən az 30 nəfərin ölümünə səbəb oldu. Sərnişin qatarının qarşısında hərəkət edən başqa bir qatarla toqquşması nəticəsində relsdən çıxıb.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Pakistanın Sind əyalətində qatar qəzası ən az 30 nəfərin ölümünə səbəb oldu. Sərnişin qatarının qarşısında hərəkət edən başqa bir qatarla toqquşması nəticəsində relsdən çıxıb.

Pakistan Baş naziri İmran Xan bu xəbərdən şok olduğunu söyləyib. O, hadisə ilə bağlı dərhal istintaqın aparılması ilə yanaşı dəmir yollarının təhlükəsizliyi ilə bağlı yoxlamanın aparılmasını da əmr edib.

Pakistanın kəşfiyyat naziri bildirib ki, hadisənin terror hadisəsi və ya texniki bir qüsur və ya insan səhvi olub olmadığı hələ dəqiq deyil.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*