?>
Qarabağ İslam Torpağıdır

Oruc halında susuz şəhid olan XTD-nin Giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğlunun yığdğı klip – Video

Azərbaycan Xüsusi Təyinatlı Dəstələrin XTD giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğlu daim idmanla məşğul olan, qisasını yağı düşmənlərdən almağı daim arzulayan, peşəkar hərbiçi olmağı ilə yanaşı həm də sözün əsil mənasında Allahına ibadət edən bir şəxs idi. Hərbi təlimlərdən və güdəlik idmanından geri qalmadığı kimi namaz və oruc tutmağını da qəzaya vermirdi. O, Mövlası Əmirəl Möminin, Əli İbni Əbu Talibə (əleyhiməs səlam) və şəhidlər Ağası həzrət İmam Hüseynə (əleyhi səlam) iqtida edən bir şəxs idi...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, şeytani qüvvələr tərəfindən təhrif olunan yəhudilik və məsihiyyət (xristianlıq) dinindən fərqli olaraq İslam dini, insanları Vahid olan Xaliqə bəndəçilik etməyə dəvət edir. Və bunun üçün Uca Allah tərəfindən həzrəti Rəsuli Əkrəm, Muhəmməd Mustafaya nazil etdiyi Şəriət mövcuddur. İslamı qəbu ledən hər bir kəs bu Şəriətə əməl etmək məcburiyyətindədir. Əslində bu məcburiyyət İlahi bir nemətdir ki, insanlara bəxş olunub. Buna görə də İslam dini insanların bəndəçilik məqamına çatması üçün Allah Təalaya ibadət etməklərini vacib bilir. Hər kim ibadət əhli oldusa deməli nicat tapanlardandır...

İkinci Qarabağ müharibəsi də bu bəndəçilik meydanının bir güşəsi idi. Bu müharibə bir daha göstərdi ki, Azərbaycan Xalqı öz Allahına, Onun göndərdiyi dininə, öz mentalitetinə və İlahi Dəyərlərinə sadiq bir xalqdır. Xarici və daxili düşmənlərin əl-ələ verib Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparmasına baxmayaraq, Azərbaycan xalqı düşmənlərin deyil məhz Allah Təalanın istədiyini həyata keçirtdi.

Heç bir kəsin gözləmədiyi yerdən azğın düşmən qüvvələri istədiklərinə nail ola bilmədilər. Çünki şanlı Azərbaycan Xalqının igd və qeyrətli oğulları “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edirdilər. Hər bir qarış torpaqlarımızı düşmənin işğalından azad edən hərbiçilərimiz orada Azan verir, namaz qılır və oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər. Həqiqətən də onlar Allah Qatında nicat tapan bəndələrdən idilər.

Belə bir nicat tapmışlardan biri də Azərbaycan Xüsusi Təyinatlı Dəstələrin XTD giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğludur. O, daim idmanla məşğul olan, qisasını yağı düşmənlərdən almağı daim arzulayan, peşəkar hərbiçi olmağı ilə yanaşı həm də sözün əsil mənasında Allahına ibadət edən bir şəxs idi. Hərbi təlimlərdən və güdəlik idmanından geri qalmadığı kimi namaz və oruc tutmağını da qəzaya vermirdi. O, Mövlası Əmirəl Möminin, Əli İbni Əbu Talibə (əleyhiməs səlam) və şəhidlər Ağası həzrət İmam Hüseynə (əleyhi səlam) iqtida edən bir şəxs idi...

XTD giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğlu daim şəhidlik arzuları ilə yaşayan bir gənc idi. Gənc bir valideyn olmaq ona nəsib olasa da lakin o, öz həyatı və şəhadəti ilə xalqına ibrət olan Allah bəndəsi idi...

Həqiqətən də belə əsgərlərin timsalında İkinci Qarabağ Müharibəsi qələbə ilə Azərbaycan xalqının xeyrinə sonunclandı.

Aşağıda müşahidə eədəcəyiniz video klipi şəhidimiz Əmirli Tofiq öz fəaliyyətləri əsasında hazırlamışdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!