?>

"Ordumuz gözümüzün qabağında yoxa çıxır"

Sionist rejim parlamentinin üzvü Ofer Şelah: "Hərbi xidmət yaşına çatmış gənclərimiz psixoloji problemlər səbəbiylə yararsızlık hesabatı alır və ordumuz məhv edilir."

ABNA24 Xəbər Verir, Knessetdəki Hökumət İzləmə Komissiyasının rəhbəri Ofer Şelah, psixoloji problemlər səbəbiylə yararsızlıq hesabatı olan hərbi yaşda gənclərin sayının artması üzərində təkid edib.

Şelah deyib: “İsrail ordusunda yararsızlıq hesabat alanların sayının artması qorxuncdur. Ordu gözümüzün qabağında yoxa çıxır. Hərbi xidmət yaşına çatmış gənclərin üçdə biri yararsızlıq hesabatı alır. Hökumət haradadır? Heç nə etmir.”

Bundan əvvəl Haaretz qəzeti, 2020-ci ildə yararsızlıq hesabatı alan gənclərin nisbətində bir rekord qırıldığını yazmışdı.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*