?>
Qarabağ İslam Torpağıdır

Onlar döyüş bölgəsində belə namazlarını vaxtında qılırdılar – Video

Müharibəyə könüllü olaraq Allah Təalaya, Peyğəmbər (səlləllahu əleyhi və alih), Əhli-beytə (əleyhimus səlam) və vətənə olan eşq ilə yollanan Azərbaycanın qeyrətli övladları qar və buran, isti və soyuq, döyüş və sakitlik bilmədən Uca Yaradana ibadətlərini əvvəl vaxtında yerinə yetirmələri ilə müasir dövranımızda insanların əyani nümunələrinə çevrilmişdirlər...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ermənistan işğalçı qüvvələrinə qarşı əks-əməliyyata başlayan Azərbaycan Respublikasının İkinci Qarabağ Müharibəsi, daxili və xarici düşmən qüvvələrinin təxribat yönümlü təbliğatlarına baxmayaraq sözün əsil mənasında bəndəliyin təzahürü və ali İlahi dəyərlərin təcəlligahına çevrilmişdir...

Müharibəyə könüllü olaraq Allah Təalaya, Peyğəmbər (səlləllahu əleyhi və alih), Əhli-beytə (əleyhimus səlam) və vətənə olan eşq ilə yollanan Azərbaycanın qeyrətli övladları qar və buran, isti və soyuq, döyüş və sakitlik bilmədən Uca Yaradana ibadətlərini əvvəl vaxtında yerinə yetirmələri ilə müasir dövranımızda insanların əyani nümunələrinə çevrilmişdirlər...

Belə hərbiçilərimizdən biri də aşağıdakı videoda müşahidə edəcəyiniz hərbiçimizdir. Döyüş bölgəsində hərbi maşını kənara verərək Xaliqinə olan bəndəlik börcünü əvvəl vaxtda yerinə yetirir. Yük maşının önündə, çılpaq yer üzərinə özünün güllə keçirtməz jiletini sərərək, üzərində namaz qılır.

Allah Təbarəku Təala həzrəti Rəsuli Əkrəmə nazil etdiyi Qurani Kərimin Ənam sürəsinin 162-ci ayəsində bəndəliyin əsas hədəfini belə açıqlayır: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*