Suriya xəbərləri...

Zərif: ABŞ-ın Suriyaya hücumu qəbuledilməzdir

 Zərif: ABŞ-ın Suriyaya hücumu qəbuledilməzdir

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın Suriyaya raket hücumunu tənqid edərək, deyib: Bu hücum qəbuledilməzdir.

Əhlibeyt (ə) Xəbər Agentliyi-Məhəmməd Cavad Zərif çərşənbə günü İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə telefon söhbətində ABŞ-ın Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə bu ölkəyə hərbi hücum həyata keçirməsini qəbuledilməz adlandırıb və həqiqətlərin üzə çıxarılması üçün faktaraşdırıcı komitənin yaradılmasını istəyib. 

İtaliyanın xarici işlər naziri Ancelino Alfano da bu telefon söhbətində regional və beynəlxalq məsələlər barədə Zərif ilə fikir mübadiləsi aparıb. 

Alfano həmçinin, Zərifi G7 qrupunun xarici işlər nazirlərinin İtaliyada keçirilən iclasında müzakirə edilən mövzular barədə məlumatlandırıb. 

ABŞ ordusu cümə günü Suriyanın Homs vilayətində yerləşən Şəirat hava bazasına raket zərbələri endirib.

Diqqət! Xəbərdən istifadə etdikdə mənəbyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!