Yəmən xəbərləri...

Yəməndə hər ay 100 adam öldürülür

Yəməndə hər ay 100 adam öldürülür

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ofisi, Yəməndə hər ay Səudiyyə Ərəbistanı döyüş təyyarələrinin hava hücumu nəticəsində orta hesabla 100 adamın öldürüldüyünü bildirib.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ofisi tərəfindən hazırlanan hesabatda, Riyad rəhbərliyi tərəfindən Yəmənə qarşı təşkil edilən hava hücumu nəticəsində bir çox vətəndaşın həyatını itirdiyi bildirilib.

Hesabatda, "Yəməndə hər ay orta hesabla 100 vətəndaş ölür. Bu vətəndaşların çoxu Səudiyyə Ərəbistanı döyüş təyyarələrinin hava hücumu səbəbiylə həyatını itirir "deyə bildirilibi.

BMT tərəfindən nəşr olunan son hesabata görə, 2015-ci ilin Mart ayından etibarən Səudiyyə Ərəbistanın Yəmənə qarşı apardığı döyüşdə, təxminən 7700 adam həyatını itirərək, 42500'dən çox adam da yaralanıb.

Son günlərdə Beynəlxalq Əfv Təşkilatı da, ABŞ və İngiltərənin Səudiyyə Ərəbistanına milyardlarla dollar dəyərində silah satmasının Yəməndəki insan hüquqları vəziyyətini pisləşdirərək, vətəndaşların zərər çəkməsinə səbəb olduğunu bildirib.

Diqqət Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib