Yəmən xəbərləri...

Yəmən Ordusundan Səudiyyəyə raket zərbəsi

Yəmən Ordusundan Səudiyyəyə raket zərbəsi

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Şərəf Loğman bu hücumun ardınca verdiyi bəyanatda yaxın günlərdə də düşməni heyrətə salacaq hücumların baş verəcəyinə söz verib

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən Yəmənin raketçi dəstələri və xalq qüvvələri Səudiyyə rejiminin hücumlarına cavab verməyə davam edərək, Asirdə olan Abha regional hava limanını hədəf aldı. Əldə edilən məlumatlara görə, bu raket atılan hədəfə tam dəqiqliklə dəyib.

İndiyə qədər bu raket hücumu nəticəsində ortaya çıxan zərər haqqında Ali-Səud rejimindən heç bir açıqlama edilməyib.

Yəmən Ordusunun raketçi dəstələri ötən günlərdə də uzaqmənzilli balistik bir raketi Ərəbistanın paytaxtı ər-Riyadın qərbindəki hərbi bir hədəfə uğurlu bir şəkildə atmışdı.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Şərəf Loğman bu hücumun ardınca verdiyi bəyanatda yaxın günlərdə də düşməni heyrətə salacaq hücumların baş verəcəyinə söz verib.

Səudiyyə rejiminin hücumlarının başlamasından indiyə qədər, Yəmən Ordusunun raketçi dəstələri dəfələrlə balistik və digər raketlərlə, Yəmənin daxilində və xaricində işğalçıların mövqelərini hədəf alıb və bu hücumlar nəticəsində düşmənə ağır itkilər və zərərlər yaşadıb.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib