Suriya xəbərləri...

Suriyalı Hərəm müdafiəçisi olan 5 şəhid Hz. Zeynəb-lə Qonşu Oldu / Foto

Şiə şəhəri sayılan Fua əhalisindən olan 5 Suriyalı şəhid, Humus əyalətinə bağlı Hamimə bölgəsində, təkfirçi terror təşkilatı üzvləriylə girdikləri şiddətli qarşıdurma nəticəsində, şəhadət məqamına nail oldular.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Suriyanın şiələr yaşayan bölgələrindən olan Zeynəbiyyə əhalisi, beş Hərəm müdafiəçisi şəhidin nəşini, Hz. Zeynəbin (s) hərəmində torpağa tapşırdı.

Qasan Qasan Aydu, Məhəmməd Nur Lehuh, Ali İbrahim Taki, Hüseyn Zaki Lehuh və Əli Əhməd əl-Hamud adlı Suriyalı Hərəm müdafiəçilərinin nəşləri, şiələrin məskunlaşdığı bölgə olan Dəməşkə bağlı Zeynəbiyyədə, Hz. Zeynəbin (s) hərəmində torpağa tapşırılıb.

Şiə şəhəri sayılan Fua əhalisindən olan 5 Suriyalı şəhid, Humus əyalətinə bağlı Hamimə bölgəsində, təkfirçi terror təşkilatı üzvləriylə girdikləri şiddətli qarşıdurma nəticəsində, şəhadət məqamına nail oldular.

Suriyalı Şiə mücahidlərin pak nəşi, digər silah yoldaşları kimi Hz. Zeynəbin (s) türbəsi ətrafında yer alan, Zeynəbiyə bölgəsində ki şəhidlır üçün nəzərdən tutulmuş qəbiristanlığda torpağa verildi.

Şimal bölgələri, son günlərdə təkfirçi terrorçular və müqavimət gücləri arasında yaşanan, şiddətli qarşıdurmalara səhnə olmaqdadır.

Suriyanın Dəməşq əyalətinə bağlı Zeynəbiyyə bölgəsi, minlərlə şiənin yaşadığı bölgələrdən biri olaraq tanınır. Suriya döyüşünün başlamasından sonra, ölkənin dörd bir yanında ki şiələr, Zeynəbiyə bölgəsinə hicrət etmişdir.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!