Suriya xəbərləri...

Suriyada 2 İŞİD komandiri öldürüldü və Bağdadinin oğlu yaralandı

Suriyada 2 İŞİD komandiri öldürüldü və Bağdadinin oğlu yaralandı

Suriya ordusunun Deyr Əz-Zor komandanı İssam Zahrəddin şəhərdəki İŞİD mövqelərinə qarşı keçirilən hava hücumlarında terrorçuların ağır itkilər verdiyini söyləyib.

Əhlibeyt (ə) Xəbər Agentliyi- İssam Zahrəddin açıqlamasında: İŞİD yaraqlılarının şəhərin bir neçə məhəlləsinə qarşı son hücumundan sonra, yerli sakinlərin ərzaq, dərman və yanacaq yardımı aldığı hava limanı ilə əlaqənin kəsildiyini, bu səbəblə Suriya ordusunun müdafiədən hücuma keçdiyini söyləyib.

Makabir bölgəsində hücuma keçən Suriya ordusunun 3 kilometrlik cəbhə boyunca 1500 metr irəlilədiyini bildirən Zahrəddin, qarşıdurmanın fasiləsiz olaraq davam etdiyini qeyd edib: "Hava qüvvələrinin Makabirdəki hücumlarında 14 nömrəli yüksəklikdə 15 terrorçu öldürüldü. Aralarında İŞİD-in pilotsuz kəşfiyyat təyyarəsilə əməliyyatlar təşkil edən komandanı Əbu Məhəmməd Əl-Adnan və səhra komandiri Əbu Vəlid Əl-Tarablusi də var".

Zahrəddin həmçinin hava hücumlarında İŞİD lideri Əbubəkr Əl-Bağdadinin oğlunun yaralandığını, bir neçə dostunun isə öldürüldüyünü qeyd edib.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

قدس راه شهداء
Eksklüziv Buraxılış İslam Sərdarları Hac Qasım Süleymani və Əbu Mehdi əl Muhəndisin Şəhadəti
We are All Zakzaky
conference-abu-talib