Suriya xəbərləri...

Suriya ordusu və müxaliflər ilk dəfə İŞİD-ə qarşı birlikdə döyüşdü

 Suriya ordusu və müxaliflər ilk dəfə İŞİD-ə qarşı birlikdə döyüşdü

Suriya ordusu və silahlı müxalifət qrupları paytaxt Dəməşqin şimal-şərqində yerləşən dağlıq region olan Qaləmunda İŞİD terrorçularının hücumunun qarşısını alıb. Bu Suriya ordusu və silahlı müxaliflərin məlum olan ilk birgə əməliyyatıdır.

Əhlibeyt (ə)Xəbər Agentliyinin verdiyi məlumata əsasən-Rusiya Baş Qərargah Rəhbərliyinin rəsmisi Sergey Rudskoy Suriya əsgərlərinin silahlı müxalif qruplarla birlikdə İŞİD-in Dəqiqə Qaləmun bölgəsinin şərqində həyata keçirdiyi bir hücumun qarşısını aldığını açıqlayıb. Rudskoy bu regionda olan altı yaşayış məntəqəsinin sülh prosesinə qoşulmaq qərarı aldığını da sözlərinə əlavə edib. Bu sözügedən yaşayış yerlərinin ordu ilə atəşkəs bağladığı anlamına gəlir.

Digər tərəfdən, Rusiya Təhlükəsizlik Şurasının üzvü olan rus politoloq Andrey Manoilo "Russia Today" (RT) televiziyasına verdiyi müsahibədə, Suriya ordusu və silahlı müxalif qrupların İŞİD-ə qarşı birlikdə hərəkət etməsini "oyunun qaydalarını dəyişdirən bir hadisə" kimi səciyyələndirib. Manoilo Suriya ordusu və silahlı müxalif qrupların İŞİD və keçmiş adı "Nusra" olan "Fəthüş-Şam"-a qarşı hərəkətlərini getdikcə daha çox koordinasiya etidklərinin göründüyünü deyib.

Suriya hökumət rəsmiləri və silahlı müxalif qrupların nümayəndələri Qazaxıstanın paytaxtı Astanada Rusiya və Türkiyənin zəmanətində keçirilən görüşlər çərçivəsində yanvarın 23-24-də ilk dəfə eyni masa arxasında görüşmüşdü.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

قدس راه شهداء
Eksklüziv Buraxılış İslam Sərdarları Hac Qasım Süleymani və Əbu Mehdi əl Muhəndisin Şəhadəti
We are All Zakzaky
conference-abu-talib