Suriya xəbərləri...

Suriya Ordusu son 5 ildə ilk dəfə olaraq, Fəratın sahilinə çatıb – Xəritə

Suriya Ordusu son 5 ildə ilk dəfə olaraq, Fəratın sahilinə çatıb – Xəritə

Suriya Ordusu və dəstək verən qüvvələr ötən gün Fəratın sahilindəki Xəfsa qəsəbəsini İŞİD terror təşkilatından azad ediblər.

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən Fərat sahilində və əl-Əsəd gölü ətrafında yerləşən Xəfsa qəsəbəsi həm də Hələb əyalətinin çox hissəsini su ilə təmin edən qurğuların yerləşdiyi bölgədir. İŞİD 3 aydır ki bu su qurğularını dayandırmış və suyun Hələbə doğru getməsinin qarşısını almışdı.

Qeyd edək ki, 2940 km uzunluğunda olan Fərat çayının 610 km-i Suriya ərazisindən keçir ki, onun sahillərinə əsasən İŞİD nəzarət edir. Suriya Ordusu Dirazzur şəhərində Fərat sahilində cəmi bir neçə km sahilə nəzarəti saxlaya bilmişdi. Bu o deməkdir ki, Suriya Ordusu son 5 ildə apardığı əməliyyatlar çərçivəsində ilk dəfədir ki Fəratın sahilinə çata bilib. Bundan sonra Suriya Ordusu Fəratın sahili ilə cənub-şərqə doğru yəni Rəqqa əyalətinin inzibati mərkəzi Rəqqaya və strateji Təbəqa şəhərinə doğru irəliləyə biləcək.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

قدس راه شهداء
Eksklüziv Buraxılış İslam Sərdarları Hac Qasım Süleymani və Əbu Mehdi əl Muhəndisin Şəhadəti
We are All Zakzaky
conference-abu-talib