ABŞ cinayətləri..

ABŞ İraq və Suriyada ən azı 396 dinc sakini səhvən həlak etdiyini açıqladı

ABŞ İraq və Suriyada ən azı 396 dinc sakini səhvən həlak etdiyini açıqladı

ABŞ-ın Mərkəzi Qüvvətlər Komandanlığı (CENTCOM) İŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraq və Suriyadakı hava hücumlarında həlak olan vətəndaşların sayına dair mart ayının hesabatını açıqlayıb.

Əhlibeyt (ə) Xəbər Agentliyi - CENTCOM İŞİD ilə mübarizənin başladığı gündən etibarən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 396 vətəndaşın səhvən ölümünə səbəb olduğunu bildirib.

Bu müddət ərzində İraq və Suriyada 20205 hava hücumunun təşkil olunduğu qeyd olunub. Hesabatda bu hücumlara dair 396 mülki itki xəbəri alınmasına baxmayaraq, bunlardan yalnız 102-nin etibarlı olduğu vurğulanıb. Ancaq mülki itkilərin sayının 396 olduğu vurğulanıb. Keçən ayın hesabatında bu rəqəm 229 olmuşdur.

Hesabata görə, koalisiya mart ayında əvvəlki aylardan qalan 43 mülki itki xəbərini araşdırmasına baxmayaraq, keçən ay İraq və Suriyada mülki itkilərə dair 28 xəbərin alındığı qeyd olunub. 71 hava hücumu ilə bağlı xəbərlərdən 28-nin qiymətləndirməsinin başa çatdırdığı vurğulanıb. Onlardan 17 xəbərin əsassız, 2-nin təkrar, 9 xəbərin isə etibarlı olduğu vurğulanıb. Hesabatda 42 xəbərin araşdırılmasının davam etdiyi bildirilib.

Diqqət Xəbərədn istitifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!