?>

Ölkənin Rusiya tərəfindən işğalına start verildiyi deyilir

Ölkənin Rusiya tərəfindən işğalına start verildiyi deyilir

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyaların ardınca Rus NATO-su deyilən qurumun meydana girməsi Azərbaycan Respublikasında qızğın müzakirələrə səbəb olub.

ABNA24 Xəbər Verir, politoloq Elxan Şahinmoğlunun rəyi bundan ibarətdir ki, Qazaxıstan prezidentinin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin sadə bir səbəbi var. O Qazaxıstan polisinin və ordusunun etirazları yatırtmağa gücü çatmayacağından, ən pis halda isə etirazçıların tərəfinə keçəcəyindən qorxduğu üçün Moskvaya müraciət etdi. Tokayev hakimiyyətini qorumaq üçün bu vəziyyətdə Moskvadan yardım istədi. Ancaq bu yardım və hadisələrin bundan sonrakı inkişafı Qazaxıstan üçün yeni təhlükələr yaradacaq.

Politoloq Azər Rəşidoğlu isə öz Facebook hesabından paylaşdığı yazısında bildirir: “Türk Dövlətləri Təşkilatı da, BMT - də mənasız qürumdurlar. KTMT-nin xarici təcavüz faktı olmadan Qazaxıstana qoşun yeritməsi BMT Nizamnaməsinə ziddir. Görünür, Dünyanın hesablaşdığı yeganə amil gücdür. Özümüzə inanacayıq.”

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Əli Orucov da Qazaxıstan liderinin atdığı addımdan təəccübləndiyini bildirib. “Qazaxıstanın prezidenti Tokayev 1990-ci il Yanvarında rus qoşunlarını Azərbaycana çağıran Vəzirov-Mütəllibovun bağışlanılmaz səhvini təkrarladı. Ölkəsini və millətini öz maraqları naminə boyunduruq altına saldı. O vaxt da dinc etirazçıları təxribatçı, ekstremist və sairə adlandırırdılar. Həmin vaxt nə və necə adlandırılmalarına baxmayaraq onlar Azərbaycanı yenidən öz müstəqilliyinə qovuşdura bildi. İndi də Tokayev xalqın fəal və etirazçı hissəsini terrorçu adlandırıb xarici hərbçilərin öldürməsinə, işgəncə verməsinə, həbsinə şərait yaradıb. Azərbaycan və qazax xalqının bu baxımdan taleləri oxşardır. Amma məğrur qazax xalqı bu xainliyi dəf edib yenidən şərəfli tarix yazacaq”, - deyə AMİP funksioneri vurğulayıb.

Turan Xəbər Agentliyini direktoru Mehman Əliyev də KTMT-nin Qazaxıstana müdaxiləsinə öz iradını bildirib və bunları deyib: "Hücum faktı yoxdur. Ola bilər ki, söhbət hibrid müharibədən və ya təcavüzdən gedir. Lakin əgər Qazaxıstan başçısı təcavüz və terrorizmdən danışırsa, o zaman Nizamnamənin tələb etdiyi kimi, BMT TŞ-yə operativ şəkildə sübut təqdim etməli və bu barədə BMT-ni - yüksək vəzifədə çalışdığı və təşkilatın cəlb edilməsi mexanizmlərini bildiyi təşkilatı məlumatlandırmalıdır."

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*