?>

"Ölkənin ehtiyaclarına əsasən, uranın zənginləşdirilməsi 60 faizə çata bilər"

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: İran İslam Respublikası nüvə məsələsindəki məntiqli mövqeyində güzəştə getməyəcək və ölkənin ehtiyacına və məsləhərinə əsasən, lazım olan həddədək, hətta altmış faizlik zənginləşdirməyədək irəliləyəcək.

ABNA24 Xəbər Verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən axşam Xobreqan Məclisinin sədri və xalqın bu məclisdəki nümayəndələri ilə görüşdə Amerikanın və üç Avropa ölkəsinin İranın nüvə anlaşması öhdəliklərinin azaldılması qarşısındakı ifadələrini zalımcasına, tələbkarcasına, qeyri-ədalətli və yanlış ifadələr adlandıraraq, deyiblər: İran İslam Respublikası ilk gündən və uzun müddətədək İslam təlimlərinə əsasən, öz öhdəliklərinə əməl etdi, amma elə ilk gündən öz öhdəliklərinə əməl etməyən tərəf, məhz bu dörd ölkə oldu. Buna görə, onlar məsuliyyətə cəlb olunmalıdırlar.

O həzrət əlavə ediblər: Amerikanın nüvə anlaşmasından çıxdığı və başqalarının da onu müşayiət etdikləri bir halda, Quranın göstərişi budur ki; «Sən də öhdəliyi burax». Bununla belə, bizim möhtərəm dövlətimiz öhdəlikləri buraxmadı və tədricən onların bir hissəsini azaltdı ki, əlbəttə, bu hallar da, onların öz vəzifələrinə əməl edəcəkləri halda, geriyə dönəsidir.

O həzrət deyiblər: Bu arada beynəlxalq sionizmin o təlxəki daim deyir ki; biz İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik, halbuki ona demək lazımdır ki, əgər İran İslam Respublikasının nüvə silahına nail olmaq qərarı olsaydı, o və ondan böyükləri də buna mane ola bilməzdilər.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: İran İslam Respublikasının nüvə silahı düzəltməsinə mane olan məsələ, adi insanların qırğın edilmələrinə bais olan nüvə və ya kimyəvi silahlar kimi hər bir silahın düzəldilməsini «qadağan olunmuş» hesab edən, islami fikir və əsaslardır.

O həzrət Amerikanın atom bombardmanları zamanı 220 min nəfərin qırğın, həmçinin məzlum Yəmən xalqının mühasirə edilməsi, eləcə də bazar, xəstəxana və məktəblərin qərblilərin düzəltdikləri qırıcılar vasitəsilə bombardman olunmalarını xatırladaraq, deyiblər: Mülkilərin və günahsız xalqın qırğın edilməsi, amerikalıların və qərblilərin metodudur və İran İslam Respublikası bu metodu qəbul etmir və buna əsasən, nüvə silahı haqda fikirləşmir də.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Amma biz ölkənin ehtiyaclarına uyğun surətdə nüvə qabiliyyətləri əldə etmək üçün əzmkarıq və bu səbəbdən, İranın zənginləşdirmə həddi 20 faiz olmayacaq və ölkəyə lazım olan və ehtyac duyulan yerədək addım atacaq. Məsələn, nüvə işlərini irəlilətmək və ya digər işlər üçün zənginləşdirməni altmış faizə də çatdıara bilərik.

Həzrət Ayətullahuluzma Xamenei sonra söyləyiblər: Əlbəttə, bir neçə illik bir müqavilə qoyulubdur ki, əgər onlar əməl edərlərsə, biz də elə həmin bir neçə il əməl edəcəyik, amma qərblilər yaxşı bilirlər ki, biz nüvə silahının ardınca deyilik.

İslam İnqilabının Böyük Rəhbəri daha sonra belə qeyd ediblər: Nüvə silahı məsələsi bəhanədir. Onlar hətta bizim adi silahlar əldə etməyimizə belə, qarşı çıxırlar, çünki güc komponentlərini İranın əlindən almaq istəyirlər.

Həzrət Ayətullahuluzma Xamenei belə bir gerçəkliyə işarə ediblər ki; atom elektrik stansiyaları daha sağlam, daha təmiz və daha ucuz enerji təmin etməklə, o qədər də uzaq olmayan bir gələcəkdə ən mühüm enerji mənbələrindən biri olacaqlar. O həzrət ölkənin zənginləşdirməyə olan ehtiyacını qəti bir məsələ adlandırıb və belə söyləyiblər: Qərblilər istəyirlər ki, İran nüvə enerjisinə ehtiyac duyacağı gün, onlara möhtac olsun və onlar bizim bu ehtiyacımızı, öz bacalmaları, zorakılıqları və icbar etmələri üçün bir vasitə etsinlər.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran İslam Respublikası nüvə məsələsində də digər məsələlərdə olduğu kimi, geriyə çəkilməyəcək və ölkənin bu gününə və sabahına lazım və məsləhəti olan məsələ istiqamətində qüdrətlə irəliləyəcəkdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!