?>
Qərbi Asiya Xəbərləri - İraq

Nücəba sözçüsü İraqın xarici işlər nazirini tənqid etdi / Sionist TV-lərilə müsahibə İraq xalqına təhqirdir

Nücəba sözçüsü İraqın xarici işlər nazirini tənqid etdi / Sionist TV-lərilə müsahibə İraq xalqına təhqirdir

“Fuad Hüseynin sionist rejimin televiziyasına verdiyi müsahibəni bütün dünyada milyonlarla azad insana, İraq xalqına qarşı təhqir kimi qiymətləndir və işlər nazirinin davranışı ilə bağlı qəti mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayırıq...”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Nücəbə İslami Müqavimət Hərəkatının rəsmi sözçüsü İraq xarici işlər nazirinin mübahisəli və qəribə hərəkətinə cavab olaraq Tvitter səhifəsində yazıb: “Fuad Hüseynin sionist terror rejiminə bağlı peyk kanallarından birinə verdiyi müsahibəni pisləyirik. "

Mühəndis Nəsr əl-Şəmri bu davranışı əsassız və bir növ sionist rejimə dəstək adlandırıb və əlavə edib: “Bu hərəkət azad cəmiyyətlərin bu terrorist və cinayətkar rejimə müxalifətini bildirdikdən sonra baş verib. Fuad Hüseynin sionist rejimin televiziyasına verdiyi müsahibəni bütün dünyada milyonlarla azad insana, İraq xalqına qarşı təhqir kimi qiymətləndir və işlər nazirinin davranışı ilə bağlı qəti mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayırıq. Əks halda öz sözünü İraq xalqı deyəcək”.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*