?>

Noam Çomski: "ABŞ-ın terrorizmə qarşı müharibəsi dünyanı viran qoydu"

Noam Çomski:

Görkəmli amerikalı filosof və tarixçi deyib: "ABŞ-ın 20 il əvvəl "terrorizmlə mübarizə" üçün başlatdığı müharibə dünyanın böyük bir hissəsini viran qoydu".

ABNA24 Xəbər Verir, Noam Çomski 11 sentyabr hadisələrinin iyirminci ildönümü münasibətilə "Truth Out"a verdiyi müsahibədə deyib: "Terrorla mübarizə bəhanəsi ilə Mərkəzi və Qərbi Asiyanın böyük bir hissəsinin məhv edilməsi, Amerikanın gücünü heç vaxt artırmadı".

"ABŞ Əfqanıstanı işğal edərkən, terrorçuların bazası Əfqanıstanın yalnız bir güşəsində idi; İndi isə bu baza bütün dünyaya yayılıbdır", - deyə o, qeyd edib.

Beynəlxalq sorğuların ABŞ-ın qlobal sülh üçün ən böyük təhdid olduğunu göstərdiyini deyən Çomski əlavə edib: "Əfqanıstana edilən hücum nəinki beynəlxalq hüququn pozulması idi, həm də onun üçün heç bir əsaslı bəhanə yox idi".

O, Müsahibəsinin digər bir hissəsində qeyd edib ki, ABŞ-ın gücü kəskin şəkildə tənəzzülə uğrayıb və bu məsələ ABŞ-ın nüfuzuna ciddi xələl gətirən Trampın hakimiyyətə gəlməsindən xeyli əvvəl baş verib"

Bu amerikalı alim və analitik Donald Trampın 2020-ci ilin fevral ayında Talibanla əldə etdiyi razılaşmanı tənqid edib və deyib: "Tramp Əfqanıstanı tərk etməklə bağlı birtərəfli razılaşmada özünə, hətta Əfqanıstanın rəsmi hökuməti ilə məsləhətləşmə zəhməti belə vermədi və rəsmi Kabili Talibanın 5 min döyüşçüsünü azad etməyə məcbur etdi".

Qeyd edək ki, ABŞ və Şimali Atlantika Alyansı NATO-ya üzv olan digər ölkələr 2001-ci ildə 11 sentyabr hücumları bəhanəsi ilə Əfqanıstanı işğal etdilər və o vaxtdan bəri Əfqanıstanda hərbi varlıqlarını və işğallarını davam etdirbilər.

Taliban qruplaşması, avqustun 15-də Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəninin ölkəni tərk etməsindən sonra Kabilə daxil oldu. Analitiklər Taliban qüvvələrinin gəlişini ABŞ və digər Qərb dövlətlərinin Əfqanıstanın Qərbin arzuladığı şəkildə yenidənqurulması üçün 20 illik səylərinin sonu kimi qiymətləndirirlər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*