?>

Nikol Paşinyan mart ayında Türkiyəyə gedəcək

Nikol Paşinyan mart ayında Türkiyəyə gedəcək

Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.

ABNA24 Xəbər Verir,  Türkiyə-Ermənistan münasibətlərinə toxunan Fuat Oktay bildirib ki, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq.

Türkiyənin vitse-prezidenti həmçinin vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir.

Türkiyə Xarici İşlər Nazirliyinin üç gün əvvəl yaydığı məlumata görə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr yenidən görüşəcək.

Məlumatda qeyd olunub ki, nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında görüş fevralın 24-də Vyanada keçiriləcək.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.

Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.

Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.

Rəsmi Bakı ümid edir ki, Ermənistan-Türkiyə əlaqələrinin normallaşması İrəvanın Azərbaycanla bağlı mövqeyinin yumşalmasına və nəticə etibarı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımasına, eləcə də sülh sazişinin imzalanmasına öz töhfəsini verəcəkdir. Ona görə də Ermənistan-Türkiyə dialoqunu dəstəkləyir.

 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*