?>
Biz Şeyx Zəkzəkiyik!

Nigeriyanın Bauçi şəhərində Şeyx Zəkzakinin sərbəst buraxılması üçün yürüşlər davam edir - Foto Reportaj

Şeyx İbrahim Zakzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə qarşı hücumunda ağır yaralandı və elə həmin vəziyyətdə də həbs olundu. Nigeriyanın ordu qüvvələri Şeyx Zəkzakinin həbs olunduğu gün hüseyniyyə və onun mənzili qarşısına toplaşanlara tərəf atəş açaraq, Zəkzakinin üç uşağı daxil olmaqla iki min Şiəni şəhid etdilər.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Bauçi şəhər camaatı Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin və həyat yoldaşının sərbəst buraxılması üçün etiraz yürüşlərinə davam etdirir.

Aksiya iştirakçıları ölkəyə hakim kəsilmiş Muhammado Bohari rejimindən Nigeriya İslam Hərakatının Lideri Şeyx Zəkzəki və xanımı başda olmaqla bütün siyasi məhbusların zindandan azad edilməsini tələb ediblər.

Xatırladaq ki, Şeyx İbrahim Zakzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə qarşı hücumunda ağır yaralandı və elə həmin vəziyyətdə də həbs olundu. Nigeriyanın ordu qüvvələri Şeyx Zəkzakinin həbs olunduğu gün hüseyniyyə və onun mənzili qarşısına toplaşanlara tərəf atəş açaraq, Zəkzakinin üç uşağı daxil olmaqla iki min Şiəni şəhid etdilər.

Qeyd edək ki, Nigeriyanın ali məhkəməsi 2016-cı ilin dekabrında Şeyx Zəkzakinin tez bir zamanda azad edilməsi barədə hökm çıxardı və bu ölkənin ordusu və xəfiyyə təşkilatlarını onun ailəsinə 150 min dollar kompensasiya ödəməyə məhkum etdi, amma qeyd olunan orqanlar bu hökmün icrasından boyun qaçıraraq, Şeyx Zəkzakini həbsdə saxlamaqda davam etdilər.

 

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*