?>
Afrika

Nigeriyada tələbələr Hicabdan azad şəkildə istifadə edəcəklər

Nigeriyada tələbələr Hicabdan azad şəkildə istifadə edəcəklər

Dövlət rəsmiləri Nigeriyada əqidə və din azadlığının vacibliyini vurğulayıblar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Nigeriyanın Kavara əyalətinin rəsmiləri bundan sonra ştatda qız tələbələrin Hicabdan istifadəsinin qanuni olacağını açıqlayıblar.

Dövlət rəsmiləri Nigeriyada əqidə və din azadlığının vacibliyini vurğulayıblar.

Kavarara ştatında hicab taxmaq azadlığı ilə bağlı qanun artıq 2021-ci ilin fevralında qəbul edilmişdi, lakin bu ştatda xristianların etirazına görə bu qanun tətbiq edilməmişdi.

Müsəlmanlar və xristianlar arasında məsələ ilə bağlı fikir ayrılıqları səbəbindən ştatda bəzi məktəblər də bir müddət bağlı qalmışdır.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*