?>
Qarabağ İslam Torpağıdır

Namaza əngəl yoxdur! Döyüş bölgəsində Azərbaycanın namaz qılan Hüseynçi zabiti – Video

Həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: “Allahın bəndələrinə vacib etdiyi ilk əməl namazdır və həmçinin, onların gördüyü işlərdən Allaha tərəf ucalan ilk əməl də namazdır. Qiyamət günü ümmətimdən soruşulacaq ilk sual da namazdan olacaq.”


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, cəmi 44 gün davam edən İkinci Qarabağ Müharibəsində Azərbaycanın İmam Hüseynçi hərbiçiləri tarix yazdılar...

Onlar bu döyüşü özlərinə bir fürsət bilərək, İslam Torpaqlarının ayrılmaz hissəsi olan Azərbaycan Torpaqlarının erməni işğalından azad etmək üçün öz şirin canlarından və sağlamlıqlarından belə keçməyə hazır olmuşdurlar.

Azərbaycan hərbiçiləri bu şücaət, cəsarət, rəşadət və eşqi İmam Hüseyn (əleyhi səlam) Məktəbindən irs aparmışlar. Onlar döyüş zamanında belə namazlarını, Quran oxumaqlarını, İmamların məzlumiyyətinə və Şəhidlərimizin xatirəsinə mərsiyələr deməyi belə tərk etmirdilər.

Müşahidə edəcəyiniz videoda da göründüyü kimi Azərbaycan zabiti yeri bizə bəlli olmayan döyüş meydanında namazını qılır.

Həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: “Allahın bəndələrinə vacib etdiyi ilk əməl namazdır və həmçinin, onların gördüyü işlərdən Allaha tərəf ucalan ilk əməl də namazdır. Qiyamət günü ümmətimdən soruşulacaq ilk sual da namazdan olacaq.”

Mənbə: Kənzül-ümmal, c-7, s-276

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*