?>
Qərbi Asiya Xəbərləri - Livan

Nəsrullah: Livanda yeni hökumətin qurulmasını alqışlayırıq

Nəsrullah: Livanda yeni hökumətin qurulmasını alqışlayırıq

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam verdiyi açıqlamada yeni kabinetin qurulmasını alqışladığını söylədi.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah, "Hökumət kabinetinin qurulmasını alqışlayır və bu işdə rolu olan hər kəsə təşəkkür edirik" deyərək bəyanat verib.

Nəsrullah, "Sabiq Baş nazir Həsən Diabın səbrinə və bu məsuliyyəti qəbul etdiyinə görə təşəkkür edirik" deyərək, çıxışının bir hissəsində İrandan Livana yanacaq daşıyan gəmilər mövzusuna toxundu. Bu haqda o dedi: "İlk gəmi üçün iki variantımız var idi, Livan və ya Suriya."

“Bəzi tərəflərə problem yaratmamaq üçün bu gəmini Suriyaya göndərməyi qərar verdik və gəmiyə ev sahibliyi etmək üçün ilkin razılıq əldə olundu " –deyərək Seyyid Həsən Nəsrullah dedi.

Seyyid Həsən Nəsrullah sonra deyib: "İlk yanacaqdoldurma gəmisi Bazar gecəsi Banias limanına daxil oldu. Bu gün gəminin yanacaq doldurma işləri tamamlandı və neft məhsullarının Beka'ya nəqli cümə axşamı günü başlayacaqdır".

Hizbullah Hərəkatının Baş katibi S. H. Nəsrullah, İsrail rejiminin çətin vəziyyətdə olduğunu və hazırkı çaşqın vəziyyətində ilk gəminin gəlişini dəstəkləməkdən başqa çarəsi olmadığını bildirib.

Baş katib, "İrandan benzin daşıyan üçüncü gəmiyə inzibati hazırlıq görülüb, dördüncü gəmi dizel daşıyacaq və növbəti gəmilərə yeni hökumət qərar verəcək"- deyərək bildirib.

Livan Hizbullah hərəkatının baş katibi, göndərilən gəmilərlə bağlı heç bir ticarət məqsədləri olmadığını bildirərək vurğulayıb: “Çünki məqsədimiz insanların əziyyətini və çətin durumunu yüngülləşdirməkdir. Bu səbəbdən də heç bir ayrı -seçkilik etmədən yanacağı Livandakı bütün bölgələrə və qruplara paylayacağıq”.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*