?>

Müqtəda Sədr bir daha milli çoxluq hökumətinin qurulmasına təkid edib

Müqtəda Sədr bir daha milli çoxluq hökumətinin qurulmasına təkid edib

İraqın Sədr hərəkatının lidedri milli çoxluq hökümətinin formalaşdırılması ilə bağlı mövqeyini bir daha vurğulayıb.

ABNA24 Xəbər Verir, Müqtəda Əl-Sədr çərşənbə axşamı özünün Tvitter səhifəsində yazıb: "Kabinetin formalaşdırılması ilə bağlı Şiə Koordinasiya Şurasi ilə hələlik razılıq əldə olunmayıb".

Sədr bu tvitdə əlavə edib: "Milli çoxluq hökümətinin formalaşdırılması üçün onların barəsində yaxşı fikirdə olduğumuz kəslər üçün qapılar hələ də açıqdır".

Sədr hərəkatının lideri, bu hərəkatın heç kimə tərəfdaşları və ya daxili sülhü təhdid etməyə icazə verməyəcəyini qeyd edərək, əlavə edib: "Növbəti hökumət qanun hökuməti olacaq, bu hökumətdə heç kim tərəfindən qanun pozuntusuna yer yoxdur və qanun hakim olacaq".  

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*