?>

Müqavimətə xalq dəstəyi azalmayıb

Müqavimətə xalq dəstəyi azalmayıb

Livan Hizbullahının baş katibi deyib: Düşmənlər son illər yalan yaymaq və sanksiyalarla müqavimətə xalq dəstəyini azaltmağa çalışdılar, amma onların bütün planları uğursuz qaldı.

ABNA24 Xəbər Verir ,  Beyrutun Cənubi Zahiyyə rayonunda keçirilən böyük seçki mitinqində xalqın müqaviməti himayə toplantısına görə təşəkkür edən Seyid Həsən Nəsrullah xalqın seçkilərdə geniş iştirakının, müqavimət zəmininin devrilməsinə ümid bəsləyən bütün kəslərə bir mesaj olduğunu deyib.

Fələstin və Qüds olmadan ərəb olmağın mövcud olmadığını bildirən Nəsrullah qeyd edib ki, sionist rejimlə münasibətlərin adiləşdirilməsi ilə, ərəb olmağın heç bir mənası yoxdur. O, müqavimətə səs verəcək ölkə xaricindəki bütün Livan vətəndaşlarına təşəkkür edib.

Livan müqavimətinin bildirdiyinə görə, bu ölkənin parlament seçkiləri cari il mayın on beşində keçiriləcək.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*