?>
Qarabağ İslam Torpağıdır

Müharibədə nisbi qələbəni əldə edən, Quran oxuyub düşmən üzərinə şığıyan Hüseynçilər oldu – Video

Onlar, atəşə başlamamışdan öncə “Bismillah” deyib, “Ya Sahib Zaman!”, “Ya Əbülfəz!”, “Ya Hüseyn!” deyirdilər

Azərbaycanın hərbiçiləri kazarmalarda və döyüş bölgəsində erməni düşmənlərinin işğalından azad etdikləri ərazilərdə arğın və yorğun olmaqlarına baxmayaraq Qurani Kərimi gözəl səsləri ilə tilavət etməklə Allah Təalaya ibadət edir, fiziki və ruhi yorğunluqlarını alırdılar.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, yağı düşmən tərəfindən Azərbaycan Respublikasına qarşı başladılan İkinci Qarabağ Müharibəsi bir daha Azərbaycan Şiə Xalqının Allah-pərəstliyini, Quran Kərimə, həzrət Rəsuli Əkrəmə (səlləllahu əleyhi və alih) və Əhli Beytə (əleyhimus-səlam) olan bağlılıqlarını və vətənpərvərliklərini hamıya nümayiş etdirdi.

“Böyük qüdrətlərin” anti-İslam hədəfləri ilə başlatdıqları İkinci Qarabağ Müharibəsi heç də düşmən qüvvələrinin istədiyi nəticəni vermədi. Azərbaycan Respublikasının cəsur hərbiçiləri, Allah Təalanın onlara bəxş etdiyi xüsusi inayətilə bu müharibəni müqəddəsləşdirə bildilər.

Onlar, atəşə başlamamışdan öncə “Bismillah” deyib, “Ya Sahib Zaman!”, “Ya Əbülfəz!”, “Ya Hüseyn!”, “Allahu Əkbər!”, “Ləbbəykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah ! Muhəmməd! Ya Əli!”, “Ya Əli Kimdir Axı erməni!”, “Ya Əli! Ancaq İrəli!” kimi dini şüarlarla nərə çəkərək, düşmən qüvvəsinin qəlbinə xof və qorxu salıb, nisbi qələbəni əldə etdilər.

Düşmənin işğalından azad edilən hər bir qarış torpaqlarda Azərbaycanın mömin və Hüseynçi hərbiçiləri Quran oxuyur, Azan verir, namaz qılır, oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər. Və bu, Azərbaycan xalqına bəxş edilən böyük İlahi bir töfhə idi!

Saytımızın izləyicilərinə təqdim etdiyimiz videoda müşahidə etdiyiniz kimi Azərbaycanın hərbiçiləri kazarmalarda və döyüş bölgəsində erməni düşmənlərinin işğalından azad etdikləri ərazilərdə arğın və yorğun olmaqlarına baxmayaraq Qurani Kərimi gözəl səsləri ilə tilavət etməklə Allah Təalaya ibadət edir, fiziki və ruhi yorğunluqlarını alırlar.

Onlar, Birinci Qarabağ Müharibəsində olduğu kimi İkinci Qarabağ Müharibəsinə qatılan minlərlə Şiə hərbiçilərindən bir qismidir.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*