?>
Qarabağ İslam Torpağıdır

Müharibədə iştirak edən möminlər... Gözəl səsilə Quran tilavət edən Azərbaycan əsgəri – Video

Azərbaycanın qeyrətli oğlanlarının qaydış nöqtəsinə çevrilən İkinci Qarabağ Müharibəsi.

Azərbaycanın hər bir qarış torpaqlarını düşmənin işğalından azad edən hərbiçilər orada Quran oxuyur, Azan verir, namaz qılır, oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər. Və bu, Azərbaycan xalqına bəxş edilən böyük İlahi bir töfhə idi!


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İslam Torpaqlarının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının torpaqlarının uzun illər erməni işğalında qalması hər bir azərbaycanlını narahat edir və canını sıxırdı. Vaxt gəldi. Məqam ələ düşdükdə Şiə Azərbaycan Xalqı yağı düşmən qüvvələrinin cavabını layiqincə verdilər...

27 Sentyabr 2020-də başladılan İkinci Qarabağ Müharibəsi Azərbaycanın qeyrətli oğlanlarının qaydış nöqtəsinə çevrildi.

Birinci Qarabağ Müharibəsində olduğu kimi İkinci Qarabağ Müharibəsində də oliqarxlar, ateistlər, üzdəniraqlar, manıslar və s-dən fərqli olaraq dindar təbəqənin üzüvlərindən olan kərbalayılar, məşhədilər və hacılar silaha sarınaraq vətənin keşiyində durmağı və işğal olunmuş əraziləri, düşmən erməni qüvvələrinin caynağlarından azad etməyi özlərinə borc bildilər.

Şanlı Azərbaycan Xalqının igid və qeyrətli oğulları “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edirdilər.

Azərbaycanın hər bir qarış torpaqlarını düşmənin işğalından azad edən hərbiçilər orada Quran oxuyur, Azan verir, namaz qılır, oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər. Və bu, Azərbaycan xalqına bəxş edilən böyük İlahi bir töfhə idi!

İzləyicilərimizə təqdim etdiyimiz videoda müşahidə etdiyiniz cavan Qarabağ Müharibəsinə qatılan minlərlə Şiə hərbiçilərindən biridir. O, gözəl səsi ilə bölüyün otağında Allahın Kəlamı olan Quran Kərimi tilavət edir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*