?>

Müharibə zamanı Fransa özünü dürüst aparmadı

Müharibə zamanı Fransa özünü dürüst aparmadı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fransanın müharibə dövründəki qərəzli münasibətinə diqqət çəksə də, eyni zamanda deyib: Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik.

ABNA24 Xəbər Verir, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “France-24” televiziya kanalına müsahibəsində deyib: Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı.

İlham Əliyev Fransa ilə Ermənistanın tarixi əlaqələrə, Fransada fəal erməni icmasının olmasına və onların qərar qəbul edən şəxslərə mümkün təsirinə toxunaraq deyib: Səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Azərbaycan Respubliksı prezidenti erməni icmasının geniş təsir imkanlarına malik olduğu Fransanın bütün qərəzli mövqelərinə rəğmən Azərbaycanın hər zaman əməkdaşlığa açıq olduğunu bildirib və deyib:Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik”.

Fransanın 44 günlük müharibədə özünün kulminasiya nöqtəsinə çatan 30 il müddətindəki düşmən mövqeyinin, tərəfkeş siyasətinin eləcə də Minsk Qrupu çərçivəsində xəyanətkar niyyətlərinin unudulacağını bildirən İlham Əliyev : “Bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik”. Deyə bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*